Bakıda şadlıq saraylarında qiymətlər bahaşıb?

11:52 - 8.04.2022


8 aprel, Fineko/abc.az. Bakıda bəzi şadlıq saraylarında qiymətlərdə bahalaşma müşahidə olunur.

ABC.AZ-ın məlumatına görə, bahalaşma toylarla bağlı qadağanın ləğvindən sonra qiymət və keyfiyyət üzrə aparılmış monitorinqlər zamanı məlum olub.

Məlum olub ki, menyuların qiyməti 7 faizədək bahalaşıb. Şadlıq evlərində bahalaşma belədir:

40 manata qədər olan menyularda qiymət artımı - 5%

40-80 manat arasındakı menyularda qiymət artımı - 7%

80 manatdan yüksək qiymət təşkil edən menyularda - 9%.

Bütün xəbərlər