Məlumat Hesablama Mərkəzinin zərəri 19 milyon manata çatıb

14:48 - 8.04.2022


8 aprel, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Məlumat Hesablama Mərkəzi (MHM) 2019-cu ili 2,9 milyon manat xalis zərələ başa vurub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 39,8% azdır.

Bununla belı, qurumun yığılmış zərəri 18,5% artaraq 18,613 milyon manata çatıb.

2019-cu ildə MHM-in vergiyəqədərki zərəri 2,175 milyon manat (2018-ci ilə nisbətən 48,3% az), mənfəət vergisi ödəmləri isə 725 min manat (19,6% çox) təşkil edib.

2020-ci il yanvarın 1-nə MHM-in aktivləri 29,523 milyon manat olub ki, bu da illik müqayisədə 6,6% azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri 12,3% artaraq 7,312 milyon manata çatıb, balans kapitalı isə 11,5% azalaraq 22,211 milyon manata düşüb.

Xatırladaq ki, MHM 1974-cü ildə yaradılıb, ötən ilin dekabr ayından RİNN-ə məxsus “AzInTelecom” MMC-nin tərkibində fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 240 min manatdır.

Bütün xəbərlər