Caspian Energy Türkiyənin Baş nazirinin eksklüziv müsahibəsini dərc edib

10:43 - 8.05.2018


Caspian Energy jurnalının 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi– 2018”ə həsr olunmuş 103-cü xüsusi nömrəsi işıq üzü görüb. Bu barədə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Caspian Energy jurnalının yeni nömrəsində Türkiyənin Baş naziri Binəli Yıldırımın eksklüziv müsahibəsi dərc olunub.

Jurnalda həmçinin Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan, Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi İqor Bratçikov, Qazaxıstanın energetika naziri Kanat Bozumbayev və Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin müsahibələri yer alıb.

Bundan əlavə, oxucular SOCAR Georgia Gas, SOCAR Georgia Petroleum, PASHA Bank Georgia, P&G, Ziraat Bank Azerbaijan, Yagmur-2 və Iteca Caspian-nın fəaliyyəti barədə materiallarla tanış ola bilərlər.

Jurnalın təqdimatı Azərbaycan və Gürcüstan dövlətlərinin yaranmasının 100 illiyinə, həmçinin Xəzər-Qara dəniz regionunda həyata keçirilən müasir enerji və iqtisadi siyasətin banisi – Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi– 2018” çərçivəsində təşkil olunacaq.

Beynəlxalq Caspian Energy dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif dövlətlərinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin analitik material və xülasələri çap olunur. Müxtəlif qiymətləndirmələrə görə, Xəzər-Qara dəniz və Baltik regionunun aparıcı nəşrlərinin ilk beşliyinə daxil edilmiş “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının bir çox investorlarının fəaliyyətində əsas oriyentir rolunda çıxış edir.

Bütün xəbərlər