Neft ucuzlaşır, Brent bir barelə $100,49 təşkil edir

09:25 - 11.04.2022


11 aprel, Fineko/abc.az. Neft qiymətləri, bazar ertəsi ticarətdə zamanı azalır.

Saat 9:11-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin iyun fyuçersləri $2,29 (2,23%) - barrel başına $100,49-a qədər düşüb. Aprelin 8 - də keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin iyun fyuçerslərinin qiyməti $2,20-a (2,19%) – barrel başına $102,78-a qalxıb.

Saat 9: 11-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin may ayına olan fyuçersləri $2,31 (2,35%) - barrel başına $95,95-ə qədər azalıb. Aprelin 8 - də keçirilən ticarətin nəticələrinə görə, WTI-nin may fyuçerslərinin qiyməti $2,23 (2,32%) artaraq barrel başına $98,26-a çatıb.

Ötən həftənin yekununda Brent markalı neft 1,54%, WTI - 1,02% ucuzlaşıb.


Bütün xəbərlər