Dünya Bankından Azərbaycanla bağlı proqnoz - İqtisadi artım azalacaq

11:23 - 11.04.2022


11 aprel, Fineko/abc.az. Dünya Bankı bu il və gələn il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozlarını azaldıb.

ABC.AZ xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir. Sənəddə deyilir ki, bu il iqtisadi artımla bağlı proqnoz 3,1%-dən 2,7%-ə, gələn il iqtisadi artımla bağlı proqnoz isə 2,7%-dən 2,2%-ə endirilib.

Dünya Bankı Gürcüstan və Ermənistanda ÜDM-in artımı ilə bağlı proqnozlarına da yenidən baxıb. Belə ki, qurum bu il Gürcüstanda iqtisadi artımın 2,5%, gələn il isə 5,5% olacağını gözləyir ki, bu da müvafiq olaraq 3 faiz bəndi az və 0,5 faiz bəndi çoxdur. Ermənistanda bu il üçün iqtisadi artım proqnozu 3,6 faiz bəndi azaldaraq 1,2%-ə, gələn il üçün iqtisadi artım proqnozu isə 0,8 faiz bəndi azaldaraq 4,6%-ə endirilib.

Bütün xəbərlər