Azərbaycanda inflyasiya 9 faiz olacaq - Dünya Bankı

11:38 - 11.04.2022


11 aprel, Fineko/abc.az. Dünya Bankı (WB) Azərbaycandakı inflyasiya proqnozunu dəyişib.

ABC.AZ-ın məlumatına görə, Dünya Bankı bu il Azərbaycanda illik inflyasiyanın 9% olacağını proqnozlaşdırdığını açıqlayıb.

Belə ki, Dünya Bankının hesabatında qeyd edilib ki, 2023-cü ildə Azərbaycanda illik inflyasiya bir qədər azalaraq 6,6%-ə, 2024-cü ildə isə 6%-ə enəcək.

Xatırladaq ki, Dünya Bankının ötən ilin oktyabr hesabatında Azərbaycanda bu il üçün illik inflyasiyanı 4,5%, 2023-cü ildə isə 4,1% səviyyəsində proqnozlaşdırılırdı.

Bütün xəbərlər