Rusiya və Ukraynanın itkiləri açıqlanıb - Siyahı

14:18 - 11.04.2022


11 aprel, Fineko/abc.az. “Rusiya hərbçiləri Ukraynanın daha 78 hərbi obyektini vurub”.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, fevralın 24-ü hərbi əməliyyat başlayandan bu günə qədər Ukraynaya məxsus 129 təyyarə, 99 helikopter, 243 “S-300”, “Buk-M1”, “Osa” zenit-raket kompleksləri, 441 pilotsuz uçuş aparatı, 2079 tank və digər zirehli döyüş maşını, 239 reaktiv yaylım atəşi sistemi, eləcə də 2003 xüsusi hərbi avtomobil texnikası sıradan çıxarılıb.

Ukrayna tərəfi də Rusiyanın itkilərni açıqlayıb. Belə ki, fevralın 24-dən aprelin 11-nə qədər Ukraynada təqribən 19500 rusiyalı hərbçi zərərsizləşdirilib. Bununla yanaşı, müharibə dövründə Rusiyanın 725 tankı, 1923 zirehli döyüş maşını, 347 artilleriya sistemi, 111 reaktiv yaylım atəşi sistemi, 55 hava hücumundan müdafiə sistemi, 154 təyyarə, 137 helikopter, 1387 avtomobil texnikası, 7 gəmi/qayıq, 119 pilotsuz uçuş aparatı, 25 xüsusi texnikası sıradan çıxarılıb.

Bütün xəbərlər