Gürcüstan Avropa İttifaqına doğru irəliləyir - Tiflisə sorğu vərəqəsi verildi

17:31 - 11.04.2022


11 aprel, Fineko/abc.az. Gürüstanın xarici işlər naziri İlya Darçiaşviliyə Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı sorğu vərəqəsi təqdim olunub.

ABC.AZ xəbər verir ki, sənədin təhvil-təslim mərasimi Lüksemburqda keçirilib.

Sənədi Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi təqdim edib.

Qeyd edək ki, sorğu vərəqəsi Gürcüstanla yanaşı, Moldovaya da verilib.

Xatırladaq ki, Gürcüstan tərəfi martın 3-də ittifaqa üzvlüklə bağlı müraciət göndərmişdi.

Bütün xəbərlər