“Polad Texno” 64 milyon manatlıq investisiya müsabiqəsinin qalibi oldu

11:45 - 8.05.2018


8 may, Fineko/abc.az. “Polad Texno” MMC “Sumqayıt Superfosfat” ASC-nin sahibi oldu.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir  ki, “Polad Texno” daha öncə elan edilmiş investisiya müsabiqəsinin qalibi oldu.

“İnvestisiya müsabiqəsinin şərtlərinə görə, 24 aprel tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. İnvestisiya proqramının ümumi dəyəri 64 milyon manat təşkil edir. Qalib dövlət büdcəsinə 8 milyon manat köçürəcək, həmçinin Dövlət Sosial Müdafiə Fonduna 2,2 milyon manat məbləğində borcunu ödəyəcək və işçilərə 260,6 min manat məbləğində əmək haqqı verəcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər