“Sony” korporasiyası şirkət alır?

11:05 - 12.04.2022


12 aprel, Fineko/abc.az. Yaponiya korporasiyası videooyun şirkətinə pul yatırmağı planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, “Sony” korporasiyası ABŞ-ın videooyun istehsalçısı olan “Epic Games” şirkətinə 1 milyard ABŞ dollar sərmayə qoyacaq.

Hələlik detalları açıqlamayan “Sony” rəhbərliyi yaxın vaxtlarda təfərrüat barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.

"Epic Games”ə pul köçürməsi “Sony Corporation of America” törəmə şirkəti vasitəsilə həyata keçiriləcək.

"Sony” yeni investisiyanın özünün inkişafına mənfi təsir etməyəcəyinə ümid edir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər