"Nokia" şirkəti Rusiyada fəaliyyətini dondurdu

14:23 - 12.04.2022


12 aprel, Fineko/abc.az. Rusiyaya qarşı sanksiyalar fonunda böyük şirkətlərin ölkəni tərk etməsu artıq adi hala çevrilib.

ABC.AZ-ın məlumatına görə, bu dəfə Rusiya bazarını Finlandiyanın “Nokia” şirkəti tərk edir.

Şirkət son həftələr ərzində Rusiyaya məhsul göndərilməsini dayandırıb və öz elmi-tədqiqat fəaliyyətini də bu ölkədən çıxarır.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatdan sonra çox sayda xarici şirkət Rusiya bazarını tərk edib.

Bütün xəbərlər