Ötən 3 ayda mobil rabitə xidmətlərindən bu qədər gəlir əldə edilib

15:26 - 12.04.2022


12 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 239 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 mln. manat və ya 9,1% artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,5%-ni təşkil edib.

Bu ilin fevral göstəricisi ilə müqayisədə isə, mobil rabitə operatorlarının gəlirləri mart ayında 3,5% və ya 2,7 mln. manat artaraq 79 mln. manat təşkil edib.

Bütün xəbərlər