“Adore Kompani”yə cərimə protokolu yazılıb

17:31 - 12.04.2022


12 aprel, Fineko/abc.az. Azərbaycanda parfumeriya və kosmetik məhsullar satan mağazalar şəbəkəsi – “Adore Kompani” MMC (İdeal mağazalar şəbəkəsi) barəsində cərimə protokolu tərtib edilib.

ABC.AZ banker-ə istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Bank İnzibati Xətalar Məcəllləsinin 430.4-cü maddəsi ilə cərimə protoklu tərtib edib, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir. Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Bütün xəbərlər