Neft ucuzlaşır, Brent bir barelə $104,42 təşkil edir

09:25 - 13.04.2022


13 aprel, Fineko/abc.az. Ötən sessiyanın yekunları üzrə 6% - dən çox artdıqdan sonra neft qiymətləri çərşənbə günü hərraclarda azalır.

Saat 9:14-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin iyun fyuçersləri $0,22 (0,21%) - barrel başına $104,42-ə qədər ucuzlaşıb. Aprelin 12-də keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin iyin fyuçerslərinin qiyməti $6,16  (6,26%) - barrel başına $104,64-a çatıb.

Saat 9:14-də Nyu - York əmtəə birjasında (NYMEX) WTI-nin may fyuçersləri $0,32 (0,32%) - barrel başına $100,28-dək ucuzlaşıb. Aprelin 12-də keçirilən ticarətin nəticələrinə görə, WTI-nin may fyuçerslərinin qiyməti $6,31 (6,69%) - barrel başına $100,60-a qədər yüksəkdi.

 


Bütün xəbərlər