AZAL daha bir Avropa şəhərinə uçuşları bərpa edir - Bu tarixdən

12:31 - 13.04.2022


13 aprel, Fineko/abc.az. “Azərbaycan Hava Yolları" aviaşirkəti 29 may ayından etibarən Bakı ilə Berlin arasında uçuşların yerinə yetirilməsini bərpa edir.

ABC.AZ AZAL-a istinadən xəbər verir ki, Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həftədə 2 dəfə - çərşənbə axşamı və bazar günləri aviaşirkət tərəfindən həyata keçiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.azsaytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq. Sözügedən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Bütün xəbərlər