Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 696,4 min barrel olub

14:38 - 13.04.2022


13 aprel, Fineko/abc.az. 2022-ci ilin martında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 696,4 min barrel olub.

ABC.AZ xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bunun 579,4 min barrelini xam neft, 117,0 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 25-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin mart ayında daha 7 min barrel artırılaraq 675 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 43 min barrel həcmində olması nəzərdə tutulurdu.

Bütün xəbərlər