Mayın 9-na olan hava məlumatı

14:20 - 8.05.2018


8 may, Fineko/abc.az. Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 14-18, gündüz 25-30, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 750 civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-50% təşkil edəcək.

Sabah şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) hava şəraitinin günün birinci yarısında günəşli, günün ikinci yarısında isə dəyişkən buludlu olacağı gözlənilir. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 14-16 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) hava şəraitinin günün birinci yarısında günəşli, günün ikinci yarısında isə dəyişkən buludlu olacağı gözlənilir. Zəif cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal, şimal-şərq ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

Ölkənin bölgələrinə gəlincə isə, sabah bəzi yerlərdə şimşək çaxacağı,arabir yağış yağacağı, ayrı-ayrı qərb rayonlarında intensiv olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 14-19, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

 

Bütün xəbərlər