Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard manatı ötüb

15:24 - 13.04.2022


13 aprel, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Twitter hesabında yeni paylaşım edib.

ABC.AZ-ın məlumatına görə, nazir cari ilin yanvar-mart aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 1 milyard 47.408,3 min manat olduğunu yazıb.

Nazir həmçinin qeyd edib ki, sözügedən dövrdə işsizlikdən sığorta üzrə daxilolmalar isə 35.266,4 min manat olub.

Bütün xəbərlər