Putin yeni bazarlar axtarışında - Rusiya enerjisini başqa ölkələrə satacaq

15:37 - 13.04.2022


13 aprel, Fineko/abc.az. Bəzi ölkələrin müqavilə öhdəliklərini yerinə yetirməməsi Rusiya üçün problemlər yaradır.

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Rusiya lideri qeyd edib ki, Qərbin Rusiya ilə normal əməkdaşlıqdan və enerji resurslarından imtina etməsi artıq Avropaya ziyan vurur.

Putin həmçinin, bildirib ki, Rusiya enerji ixracını yeni bazarlara genişləndirə bilər.

"Enerji qaynaqlarımızı həqiqətən ehtiyac duyulan ölkələrə yönəldə bilərik. Ölkə daxilində neft, qaz və kömür istehlakını artıra biləcərik", - deyə Putin bildirib.

Bütün xəbərlər