Britaniyadan Vahid Ələkbərova sanksiya - İş adamının sərvəti sürətlə azalır

15:56 - 13.04.2022


13 aprel, Fineko/abc.az. Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bununla da, Rusiyadan olan daha 206 fiziki və hüquqi şəxs sanksiyalar siyahısına əlavə edilib.

ABC.AZ-ın Rusiya mətbuatına istinadən məlumatına görə, siyahıda “Lukoyl” şirkətinin prezidenti və həmtəsisçisi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovun da adı var.

Xatırladaq ki, “Bloomberg Billionaires Index (BBI)” reytinqinin məlumatına əsasən, ilin əvvəlindən Vahid Ələkbərovun sərvəti 17,4 milyard dollar həcmində azalıb. Dekabr ayında milyarderin sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.

Bütün xəbərlər