Netflix ikiqat bəyənmə funksiyasını işə salıb

13.04.2022,17:31


13 aprel, Fineko/abc.az. Striminq xidməti ilə fəaliyyət göstərən “Netflix” ikiqat bəyənmə funksiyasını işə salıb.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, platformanın gələcəkdə istifadəçilərə daha keyfiyyətli tövsiyələr verməsini təmin etmək üçün nəzərdə tutulub.

İstifadəçi ikiqat bəyənmə basanda sistem dərhal ona bənzər filmlər tövsiyə edəcək, məsələn, eyni aktyorla. İkiqat bəyənmə düyməsi adi bəyənmə və bəyənməmə düymələrinin yanında yerləşir.

Bu funksiya TV, Android və iOS-da mövcuddur.

Xatırladaq ki, martın 6-sı “Netflix” Rusiyada fəaliyyətini dayandırıb. Bundan əlavə, Şirkət Rusiyanın bir çox layihələri üzərində işi təxirə salıb.