Neft ucuzlaşır, Brent barrel başına $107,93 təşkil edir

10:15 - 14.04.2022


14 aprel, Fineko/abc.az. Neft qiymətləri ötən sessiyanın nəticələrinə görə artdıqdan sonra cümə axşamı ticarətində azalır.

Saat 10:00-da London ICE Futures birjasında keçirilən hərracda Brent neftinin iyun fyuçersləri $0,85 (0,78%) - barrel başına $107,93-ə düşüb. Aprelin 13 - də keçirilən ticarətin nəticələrinə görə, Brent-in iyun fyuçersləri $4,14 (3,96%), bir barel üçün $108,78-a yüksəldi.

Saat 10: 00-da Nyu - York əmtəə birjasında (NYMEX) WTI neftinin may fyuçersləri $1,28 (1,23%) - barrel başına $102,97-ə qədər azalıb. Aprelin 13 - də keçirilən ticarətin nəticələrinə görə, WTI-nin may fyuçerslərinin qiyməti $3,65 (3,63%) artaraq barel başına $104,25-ə yüksəlib.


Bütün xəbərlər