400 min dollar verən Türkiyə vətəndaşı ola biləcək - Rüsumlar artdı

10:51 - 14.04.2022


14 aprel, Fineko/abc.az. Türkiyə vətəndaşlığı üçün müraciət tələbləri dəyişir.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan sonra vətəndaşlıq müraciətində alınacaq daşınmaz əmlakın dəyəri 250 min dollardan 400 min dollara qaldırılacaq.

Daha detallı formada desək, Türkiyə vətəndaşlığı üçün müraciət şərtləri dəyişdiriləcək və alınacaq daşınmaz əmlakın dəyəri artırılacaq.

Prezident R.T.Ərdoğanın sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında qəbul edilmiş qərara əsasən müraciət tələbi də artırılacaq.

Belə ki, 250 min dollar olan müraciət tələbi 400 min dollara yüksələcək. Əsasnamə Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minəcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər