Azərbaycanlı tələbə ABŞ Universitetinə qəbul olundu - 90 min dollar təqaüd alacaq

11:44 - 14.04.2022


14 aprel, Fineko/abc.az. Bakı Ali Neft Məktəbinin tələbəsi Rəşad Əhmədov ABŞ-ın 4 universitetinin doktorantura pilləsinə tam təqaüdlə qəbul olunub.

ABC.AZ-ın məlumatına görə, bu barədə Azərbaycan Universiteti səhifəsində paylaşım edilib. R.Əhmədovun alacağı təqaüdün məbləği 90.000 dollardır.

Azərbaycanlı tələbənin qəbul aldığı universitetlər "Tulane University", "Stevens Institute of Technology", "University of Rochester", "University of Connecticut" ali məktəbləridir.

Rəşadın seçimi ABŞ universitetləri arasında reytinqinə görə 34-cü pillədə yerləşən "Roçester Universiteti" olub.  Qeyd edək ki, Rəşad 2017-ci ildə BANM-a 677 balla daxil olub.

Bütün xəbərlər