Rusiyanın aktivlərini donduran ölkələr - Avropa İttifaqı qabaqcıl yerlərdədi

12:29 - 14.04.2022


14 aprel, Fineko/abc.az. Rusiyaya qarşı ən çox sanksiyalar tətbiq edən ölkələrin adları məlum olub.

ABC.AZ-ın məlumatına görə, bu sırada ilk yerdə Kayman adaları gəlir.

Belə ki, Kayman adaları Rusiya ilə bağlı 7,3 milyard dollarlıq aktivlərini dondurub.

Kremlə qarşı sanksiyalara qoşulan Fransa 850 milyon avro, Almaniya 95 milyon avro, İtaliya 900 milyon avro məbləğində Rusiya aktivlərini dondurub.

Qeyd edək ki, Avropa İttifaqı Ukraynada hücumuna görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində Rusiya və Belarus vətəndaşlarının və təşkilatlarının təxminən 30 milyard avro məbləğində aktivlərini dondurub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər