Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

16:10 - 8.05.2018


8 may, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, 50101867S dövlət nömrəli istiqrazların yerləşdirilməsi üzrə hərrac mayın 10-da keçiriləcək.

“Hər birinin nominal dəyəri 100 manat olmaqla, cəmi 200 milyon manat məbləğində istiqrazlar çıxarılacaq. İstiqrazların tədavül müddəti 27 gün təşkil edəcək”, - BFB-in məlumatında belə deyilir.

 

Bütün xəbərlər