Türkiyə bu halda Rusiyaya qarşı sanksiyalara qoşulacaq

16:32 - 14.04.2022


14 aprel, Fineko/abc.az. "BMT Rusiyaya qarşı sanksiya tətbiq etsə, biz də qoşulacağıq".

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablayarkən belə deyib.

Türkiyəli diplomat fikirlərini belə əsaskandırıb: "Rusiyanın Ukraynaya qarşı hücumunu qəbul etmədiyimizi demişik. Bunu beynəlxalq konfranslarda da dilə gətirmişik.  Heç kəs buna “müharibə” demədiyi halda biz bunun müharibə olduğunu söyləyərək Montrö razılaşmasını tam tətbiq etdik. Montrö razılaşmasına görə, hava məkanını da bağlaya bilmirik. BMT Rusiyaya qarşı sanksiya tətbiq etsə, qoşulacağıq".

 

Bütün xəbərlər