Kirayə mexanizmi ilə nə qədər mənzil satılıb?

11:17 - 15.04.2022


15 aprel, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kirayə mexanizmi ilə 1500 mənzil kirayəçilərin istifadəsinə verilib.

ABC.AZ Fonda istinadən xəbər verir ki, verilmiş ipoteka kreditlərinin sayı 38 min 457-yə, məbləği isə 2 milyard 125 milyon 775 min manata çatıb.

Fond tərəfindən zəmanət verilmiş kredit və subsidiyaların məbləği 293 milyon 68 min manatdır.

 

Bütün xəbərlər