Heydər Əliyev adına NEZ-də modernizasiya işləri bu tarixdə yekunlaşacaq

11:44 - 15.04.2022


15 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda “AVRO-5” standartlarına uyğun dizel və benzin istehsal edəcək qurğuların inşası təhlükəsiz şəkildə davam etdirilir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu bu gün SOCAR-ın “Downstream Management” şirkətinin Baş direktorunun müavini, layihənin direktoru Emil Alxaslı NEZ-in “Modernizasiya və Yenidənqurması” layihəsi çərçivəsində keçirilən ictimai dinləmə zamanı məlumat verib.

Onun sözlərinə görə, layihənin icra qrafikinə əsasən təmir işləri tamamlandıqdan sonra, yəni, bu ilin ortalarından etibarən, əvvəlcə “AVRO-5” standartlarına uyğun dizel yanacağının istehsalı nəzərdə tutulub:

“Digər yeni qurğuların mütəmadi olaraq istismara verilməsi ilə isə NEZ-də istehsal olunan benzinin keyfiyyətinin daha da artırılması və 2023-cü ilin ortalarından etibarən benzinin keyfiyyətinin də “AVRO-5” standartlarına çatdırılması qarşıya əsas məqsəd kimi qoyulub. Modernizasiya işlərinin 2026-2027-ci illərdə yekunlaşdırılması nəzərdə tutulur”.

Bütün xəbərlər