AccessBank Müşahidə Şurasının üzvlərinin mandatı uzadıldı

17:02 - 15.04.2022


15 aprel, Fineko/abc.az. AccessBank səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, Bankın Müşahidə Şurasının hazırki üzvləri vəzifələrinə yenidən təyin ediliblər. Oleq İvaniyçukun rəhbərlik etdiyi Müşahidə Şurası Dariuş Katsprşik, Andrea Haqmann, Verner Klas və Corc Rublidən ibarətdir.

AccessBank-ın Müşahidə Şurası ilə tanış olmaq üçün:

https://www.accessbank.az/az/our-bank/supervisory-board/

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.

Bütün xəbərlər