Neft bahalaşır, Brent barrel başına $112,51 təşkil edir

09:25 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən həftənin yekunları üzrə xeyli artımdan sonra bazar ertəsi ticarətində artır.

09:10-da London ICE Futures birjasında keçirilən ticarətdə   Brent neftinin iyun fyuçerslərinin qiyməti  $0,81 (0,73%) - barrel başına $112,51-ə yüksəldi. Aprelin 14-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in iyun fyuçers qiyməti $2,92 (2,68%) - barrel başına $111,70-dək artıb.

Saat 09:10-da Nyu - York əmtəə birjasında (NYMEX) WTI-nin may  fyuçersləri $0,74 (0,69%) - barrel başına $107,69-a qədər artıb. Aprelin 14-də keçirilən ticarətin nəticələrinə görə, WTI-nin may fyuçerslərinin qiyməti $2,70 (2,59%) artaraq barelə $106,95-a çatıb.

Ötən həftə Brent markalı neftin qiyməti 8,68%, WTI – 8,84% artıb.


Bütün xəbərlər