Xaricə ən çox satılan meyvə-tərəvəzlərin adları açıqlanıb - Siyahı

12:28 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 124 928,05 min ABŞ dolları dəyərində 97 033,38 ton meyvə-tərəvəz ixrac edib.

ABC.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin yanvar-mart ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 28,5%, həcmi isə 7,9% artıb.

Qeyd edək ki, ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.

Hesabat dövründə 38 822,28 min dollar dəyərində 31 763,15 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 82,6% və 62,7% çoxdur.

Bütün xəbərlər