Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi

10:45 - 10.05.2018


10 may, Fineko/abc.az.  Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ümummilli lider Heydər Əliyevin doğumunun 95-ci ildönümü münasibətilə məzarını ziyarət etdilər.

Dövlət başçısı və onun ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydular.  Sonra onlar həmçinin ümummilli liderin həyat yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoydular.

 

Bütün xəbərlər