Serbiya hökuməti buna görə Rusiyaya qarşı sanksiyalara qoşulmur - Səbəblər

14:08 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Serbiya hökuməti Rusiyaya qarşı sanksiyalara qoşulmamasının səbəbini açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, səbəblər barədə Serbiya Prezidenti Aleksandr Vuçiç açıqlama verib.

O qeyd edib ki, hər hansı məhdudiyyət mənasız və qeyri-əxlaqidir.

“Rusiyaya qarşı sanksiya tətbiq etsəm, istənilən yerdə mükafatlar alar, ən yaxşı demokrat olaram. Lakin sanksiyalar tətbiq etmək qeyri-əxlaqidir və eləcə də bu, nəticə vermir. Rusiya bizi hər zaman ərazi bütövlüyü məsələsində dəstəkləyib”, - deyə Vuçiç söyləyib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər