"Bank VTB Azərbaycan ASC"-nin İdarə Heyətinə yeni üzv təyin edilib

16:20 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Tural Hüseynov Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin yeni üzvü təyin edilib.

Bankdan ABC.AZ-a verilən məlumata görə, VTB (Azərbaycan)-ın Müşahidə Şurası Tural Hüseynovun bankın İdarə Heyətinin üzvü seçilməsinə qərar verib.

İdarə Heyətinin üzvü kimi Tural Hüseynov orta və kiçik bizneslə işə, ticarətin maliyyələşdirilməsinə, biznes üçün məhsulların hazırlanmasına və yeni rəqəmsal həllərin tətbiqinə nəzarəti davam etdirəcək.

Məlumatda qeyd edilib ki, Tural Hüseynov 16 ildir ki, bank sektorunda çalışır. 2016-2017-ci illərdə VTB (Azərbaycan) ASC-nin Korporativ Biznesin İnkişafı Departamentinin Transaksiya biznesi idarəsinin müdiri vəzifəsində çalışıb. 2018-2022-ci illərdə Unibank-da Korporativ Biznesin İnkişafı Departamentinə rəhbərlik edib. 2022-ci ilin yanvar ayından Bank VTB (Azərbaycan) ASC-nin Korporativ Biznesin İnkişafı Departamentinin direktorudur.


Bütün xəbərlər