Rusiyada inflyasiya 17,5%-ə çatıb

17:24 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Rusiya son vaxtlar Qərbin görünməmiş təzyiqi ilə üzləşib, lakin ölkə buna tab gətirə bilib.

ABC.AZ xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin sosial-iqtisadi məsələlərlə bağlı müşavirədə bildirib.

Prezident əmin edib ki, Rusiyaya qarşı sanksiya strategiyası iflasa uğrayıb.

“Hesablama ölkəmizdəki maliyyə-iqtisadi vəziyyəti tez bir zamanda sarsıtmaq, bazarlarda çaxnaşma yaratmaq, bank sisteminin dağılması, mağazalarda geniş miqyaslı mal qıtlığı yaratmaq idi. Rusiyada istehlak qiymətləri ay yarım ərzində 9,4% artıb. İnflyasiya sabitləşir, lakin aprelin əvvəlinə 17,5% təşkil edib ki, bu da həddən artıq çoxdur" deyə Putin bildirib.

Putin həmçinin qeyd edib ki, Qərb Rusiyada bank sisteminin çökməsinə səbəb ola bilmədi. Rublun məzənnəsi sabitləşir, ilin əvvəlindəki səviyyələrə qayıdır.

Bütün xəbərlər