Neft ucuzlaşır, Brent bir barelə $113,10 təşkil edir

10:05 - 19.04.2022


19 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı ticarətində azalır.

Saat 09:50-də London ICE Futures birjasında keçirilən hərracda Brent neftinin iyun fyuçersləri barrel başına $0,06 (0,05%) - $113,10-a qədər ucuzlaşıb. Aprelin 18-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin iyun fyuçersi  $1,46 (1,31%) - barrel başına $113,16-a çatıb.

Saat 09: 50-də Nyu - York əmtəə birjasında (NYMEX) WTI-nin may fyuçersləri $0,23 (0,21%) - barrel başına $107,98-ə qədər azalıb. Aprelin 18-də keçirilən ticarətin nəticələrinə görə, may ayı üçün WTI-nin fyuçers qiyməti $1,26 (1,18%) artaraq barel başına $108,21-a çatıb.


Bütün xəbərlər