“Azərsu” Asiya İnkişaf Bankının dəstəyi ilə 47 min abonentin su təchizatı yaxşılaşdırılır

12:08 - 10.05.2018


10 may, Fineko/abc.az. Azərbaycanın milli su operatoru “Azərsu” ASC ölkənin regionlarında su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması layihəsini həyata keçirməkdə davam edir.

“Azərsu” ASC-in məlumatında deyilir ki, Ağdaş şəhərində su təchizatı və kanalizasiya üzrə Asiya İnkişaf Bankı ilə birgə həyata keçirilən investisiya layihəsinin həyata keçirilməsi üzrə işlər başa çatır.

“Layihə, 2035-ci ilə qədər 47 min əhaliyə su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması üçün inkişaf perspektivi ilə nəzərdə tutulub”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, Asiya İnkişaf Bankı ilə birgə həyata keçirilən layihə  həmçinin Göyçay, Beyləqan və Ağcabədi şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün nəzərdə tutulub. Artıq Göyçay və Beyləqan şəhərlərində şəbəkələrin tikintisi yekunlaşıb, Ağcabədi şəhərində isə tikinti-quraşdırma işləri bu il yekunlaşacaq.

 

Bütün xəbərlər