Bakı-Minsk-Bakı uçuşları bərpa edildi

11:57 - 19.04.2022


19 aprel, Fineko/abc.az. Belarusun “Belavia” aviaşirkəti Azərbaycana müntəzəm uçuşları bərpa edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Belarus Nəqliyyat Nazirliyinin teleqram kanalında məlumat verilib. Qeyd edilib ki, uçuşlar hər gün yerinə yetiriləcək.

Təyyarə Minskdən saat 23:00-da yola düşəcək, Bakıya isə saat 03:55-də (hər iki halda yerli vaxtla) enəcək. Uçuş müddəti təxminən 4 saatdır.

Bakıdan Minskə uçuş yerli vaxtla saat 04:55-də olacaq. Təyyarə saat 08:05-də Minsk Milli Hava Limanına enəcək. Uçuş 4 saat 10 dəqiqə çəkəcək.

Bütün xəbərlər