Kapital Bank birinci rüb üzrə maliyyə göstəricilərini açıqladı

15:21 - 19.04.2022


19 aprel, Fineko/abc.az. “Kapital Bank” ASC-nin  aktivləri 1 aprel 2022-ci il tarixinə 6,9 milyard manat, o cümlədən müştərilərə verdiyi xalis kreditlər 2,9 milyard manat təşkil edib.

Martın sonuna Bankın depozit portfeli isə 5,5 milyard manat olub. 

Hesabat tarixində “Kapital Bank”ın tutulmalardan sonra məcmu kapitalı 547 milyon manat, adi və imtiyazlı səhmlərinin ümumi dəyəri – nizamnamə kapitalı isə 245 milyon manat təşkil edib.

“Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, “BirKart” sifarişi üçün – https://kbl.az/tkstcrd. 

Bütün xəbərlər