ABŞ dolları valyuta hərracında əvvəlki məzənnəsində qaldı

13:00 - 10.05.2018


10 may, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

“Valyuta hərracının nəticəsi olaraq manatın orta ölçülmüş məzənnəsi bir dollara 1,7 AZN səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.

Mayın 8-də keçirilmiş daha əvvəlki hərracda orta ölçülmüş məzənnə həmçinin bir dollara 1,7 manat təşkil etmişdir.

 

Bütün xəbərlər