Palata Mərkəzi Seçki Komissiyasında pozuntular aşkarladı

11:28 - 20.04.2022


20 aprel, Fineko/abc.az. Hesablama Palatası Mərkəzi Seçki Komissiyasının (MSK) 2020-ci il üzrə maliyyə əməliyyatları və hesabatlarının auditinin nəticələrini açıqlayıb.

ABC.AZ “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatına istinadən xəbər verir kir, aparılmış Kənar Dövlət Maliyyə Nəzarəti (KDMN) tədbiri nəticəsində müəyyən edilib ki, dövlət qulluğuna qəbul üzrə imtahanından və müsahibədən ibarət olmaqla müsabiqə əsasında və "Dövlət qulluğu haqqında" qanunun tələblərinə uyğun həyata keçirilməli olduğu halda, 50 nəfər işçi dövlət qulluğunun inzibati vəzifələrinə birbaşa təyin edilməklə dövlət qulluqçusu kimi işə qəbul olunub və onlara əməkhaqqı ilə yanaşı dövlət qulluqçuları üçün nəzərdə tutulmuş əlavələr ödənilib.

Qeyd olunan hal və dövlət qulluğuna qəbul qaydalarının pozulmasının dövlətin kadr potensialına mənfi təsir riski nəzərə alınıb.

 

Bütün xəbərlər