Yaponiyanın "Toshiba" şirkəti Rusiyadakı fəaliyyətini dayandırıb

14:37 - 20.04.2022


20 aprel, Fineko/abc.az. Yaponiyanın "Toshiba Qrupu" Rusiya Federasiyası ərazisində fəaliyyətini dayandırır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət xüsusilə, Rusiyadan yeni sifarişlərin qəbulunu və Rusiya layihələrinə investisiyaları donduracağını açıqlayıb.

Korporasiyada bu qərar “Ukraynadakı vəziyyətdən narahatlıqla” izah edilib.

Şirkətin hesabatlarına görə, Rusiyadakı gəlir "Toshiba Qrupu"nun 2022-ci ilin martında bitən maliyyə ili üçün 3,34 trilyon yen (təxminən 26 milyard dollar) konsolidə edilmiş gəlir proqnozunun təxminən 0,2%-ni təşkil edir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər