Bayden: ABŞ-da qiymətlərin artmasına səbəb Kovid-19 və Putindir

10:28 - 21.04.2022


21 aprel, Fineko/abc.az. ABŞ prezidenti Co Bayden, Ukraynaya qarşı müharibə aparan Rusiya Prezidenti Vladimir Putinin ölkədə son vaxtlar artan inflyasiya və yanacağın qiymətinin artmasına görə məsuliyyət daşıdığını qeyd edib.

ABC.AZ xəbər verir ki, Bayden, Twitter hesabından verdiyi açıqlamada, ölkədəki ailələrin son zamanlar bahalaşma ilə mübarizə apardığının fərqində olduqlarını ifadə edərək, "Yanacaq qiymətləri artdıqda bunu hiss edən ailədir. Çox açıq deyək, Kovid-19 və Vladimir Putin ölkədəki qiymət artımına görə məsuliyyət daşıyır”. - fikrini bölüşdü.

Bahalaşan qiymətləri aşağı salmaq üçün əlindən gələni etdiyini bildirən Bayden, bu çərçivədə neft istehsalçıları ilə görüşdüyünü və ABŞ-ın strateji neft ehtiyatlarından bazara gündə 1 milyon barrel neft çıxardıqlarını xatırladıb.

 

Bütün xəbərlər