Sanksiya altında olan Rusiya bankları UnionPay kartlarını buraxa bilməyəcək

11:28 - 21.04.2022


21 aprel, Fineko/abc.az. Sanksiya altında olan Rusiya bankları Çinin UnionPay ödəniş sisteminin kartlarını buraxa bilməyəcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ödəniş sistemi ikinci dərəcəli sanksiyaların riskləri səbəbindən onlarla əməkdaşlıq etməkdən qorxur.

Qeyd edilir ki, UnionPay xüsusən də Sberbank  Alfa-Bank, Otkritie, VTB, Promsvyazbank  ilə əməkdaşlıq haqqında fikrini dəyişdi.

Həmçinin, Sovcombank UnionPay əsasında Halva kartlarının emissiyasına başlamaq istəyib, lakin xaricdə  sanksiyaya məruz qalan bankların kartlarından istifadənin mənasız olması səbəbindən bu ideyadan da vaz keçib.

Bütün xəbərlər