Kriptovalyuta birjası Binance Rusiyadan olan istifadəçilərin girişini məhdudlaşdırır

12:23 - 21.04.2022


21 aprel, Fineko/abc.az. Kriptovalyuta birjası Binance Rusiyada yaşayan və ümumi dəyəri 10 min avrodan çox olan aktivləri olan istifadəçilərin öz xidmətlərinə çıxışını məhdudlaşdıracaq. 

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu cür platforma müştəriləri yalnız pul çıxarma funksiyasından istifadə edə biləcək, onlara ticarət etmək və ya hesablarına əlavə vəsait qoymaq qadağan edilib.

Bundan əlavə, əgər istifadəçinin hesabındakı vəsaitin cari məbləği 10 min avronu keçmirsə, lakin aprelin 25-dən sonra keçərsə, hesab da məhdudlaşdırılacaq və “yalnız pul çıxarma” rejiminə keçəcək.  Belə bir müştəri artıq öz hesabına aktivləri ticarət edə və ya depozit edə bilməyəcək.

Birja xəbərdarlıq edib ki, Rusiya vətəndaşlarının və Rusiyada yaşayan fiziki şəxslərin iri hesabları qeyri-müəyyən müddətə məhdudlaşdırılacaq.  Dəyəri 10.000 avrodan çox olan açıq fyuçers/şərt müqavilələri olan bütün istifadəçilərin mövqelərini bağlamaq üçün 90 günü olacaq.

 

Bütün xəbərlər