Vahid Ələkbərov “Lukoyl”un rəhbərliyindən getdi

14:05 - 21.04.2022


21 aprel, Fineko/abc.az. Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib.

ABC.AZ xəbər verir ki, bu barədə “Lukoyl” şirkəti məlumat yayıb.

““Lukoyl” ACS-nin prezidenti və Direktorlar Şurasının üzvü Vahid Yusifoviç Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü kimi səlahiyyətlərindən imtina etmək, habelə prezidenti vəzifəsindən vaxtından əvvəl istefa vermək barədə qərarı ilə bağlı ASC-ni məlumatlandırıb”, - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, V.Ələkbərov 1993-cü ildən şirkətə rəhbərlik edib. Bundan əlavə, sahibkar “Spartak” futbol klubuna nəzarət edir.

Bütün xəbərlər