Azərbaycan OPEC/NOPEC çərçivəsində öz öhdəliklərini yerinə yetirir

10.05.2018,16:32


10 may, Fineko/abc.az. 2018-ci ilin aprel ayı ərzində Azərbaycanda gündəlik neft hasilatı 785,7 min barrel olub. Bunun 755,7 min barrelini xam neft, 30 min barrelini kondensat təşkil edib.

Energetika Nazirliyinin məlumatında deyilir ki, razılaşmaya əsasən, Azərbaycan, gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasını öhdəliyinə götürüb.

“Azərbaycanda gündəlik xam neft hasilatı 2018-ci  ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında isə 794 min barrel olub. 2017-ci il ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barrel təşkil edib”, - Energetika Nazirliyinin məlumatında belə deyilir.

10 dekabr 2016-cı il tarixində OPEC / NOPEC ölkələrinin nazirlər görüşü keçirilmişdir.  Görüşün ardından ölkələr, neft istehsalında razılaşdırılmış  azalma ilə əlaqədar  razılaşma imzaladılar.

OPEC ölkələri üçün gündəlik neft hasilatının 1,2 milyon barel təşkil edir ki, bu da sutkada 32,5 milyon barel hasilata bərabərdir. Dekabrın 10-da Vyanada OPEK üzvləri arasında 11 ölkəyə, o cümlədən Azərbaycanın ümumi istehsalatında 558 min barel azaldılması barədə saziş imzalanıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə raziliq əldə olunub. NOPEC ölkələri neft hasilatının həcmini sutkada 558 min barelə qədər azaldırlar. Eyni zamanda, Azərbaycan gündəlik neft hasilatını 35 min barel azaldmağa öhdəsinə götürüb. Razılaşma  2017-ci ilin birinci yarısına bağlanıb və onun şərtlərinin uzadılmasını nəzərdə tutub.

25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

 

Açar sözlər: OPEC