"AzerGold" QSC bu şirkətləri tender qalibi etdi -23 milyon manat ödəyəcək

15:28 - 21.04.2022


21 aprel, Fineko/abc.az. "AzerGold" QSC geoloji kəşfiyyat, yeraltı mağara keçmə, topoqrafik planalma və hidrogeoloji monitorinq tədqiqatlarının aparılması (1), eləcə də istehsalat üçün kimyəvi maddələrin satın alınması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

ABC.AZ Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbərə görə, tenderlərin qalibləri müvafiq olaraq "Blasto" QSC və “Fuad-Kimya Servis” MMC-i seçilib.

Qalib şirkətlərə müvafiq olaraq 21,55 milyon manat və 2,166 milyon manat, ümumilikdə isə 23,716 milyon manat ödəniləcək.

 

Bütün xəbərlər