Əbülfəs Qarayev: Mədəniyyət Nazirliyi Azərbaycanda turizmin inkişafında iştirak etməkdə davam edəcək

16:55 - 10.05.2018


10 may, Fineko/abc.az. Azərbaycanın mədəniyyət xadimləri ölkəyə turistlərin cəlb edilməsi prosesində iştirak etməkdə davam edəcəklər.

Daha öncə ləğv edilmiş Mədəniyyət və Turizm Nazirliyinə rəhbərlik etmiş Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, turizm sənayesi, iqtisadi axın üsulu  ilə idarə olunacaq.

“Turizm sənayesi iqtisadiyyatın inkişafına böyük töhfə verir və əlbəttə ki, mədəniyyət sahəsinin işçiləri turistlərin cəlb edilməsində və bu cür layihələrin həyata keçirilməsində fəaliyyəti davam edəcəklər. Biz həmişə turistlər üçün açıq olacağıq”, - deyə nazir bildirib.

 

Bütün xəbərlər